
27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin, Qafqaz Müsəlmanlar İdarəsinin Biləsuvar rayon üzrə səlahiyyətli nümayəndəliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə Biləsuvarda din xadimlərinin iştirakı ilə tədbir keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, Bİləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin bölməsinin məsləhətçisi Cavid Dadaşov çıxış edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimizdən, bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən danışıblar. Onlar şəhidliyin dövlət suverenliyinin bərpasında, cəmiyyətin, xüsusən də gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işindəki rolundan bəhs etmişlər.
Tədbirin sonunda din xadimləri rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin müqəddəs ruhlarına dualar oxumuşlar.
Nərmin Əliyeva, Cənub Press