
Sabah Cəlilabad rayonunda 3 min abonentin qaz təchizatında fasilə yaranacaq.
Cənub Press xəbər verir ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədardır.
Bununla bağlı, 26 sentyabr tarixində saat 10:00-dan işlər başa çatanadək H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M.F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı dayandırılacaq.
Nərmin Əliyeva, Cənub Press