
Qoç
Həm müstəqil iş, həm də yeni tərəfdaşlarla əməkdaşlıq eyni dərəcədə yaxşı alınacaq. Bu gün xırda detal yoxdur: başladığınız hər işi sona çatdırmaq vacibdir. Belə etsəniz, məqsədinizə doğru nəzərəçarpacaq irəliləyiş edəcək və uzun müddət başlamağa cəsarət etmədiyiniz bəzi çətin məsələləri də həll edəcəksiniz.
Ətrafdakılarla ortaq dil tapmaq asan olacaq. Köhnə tanışların məsləhətlərinə qulaq asın — onlar işlərinizdə mütləq kömək edəcək. Ailəli Qoçları sevdikləri insandan xoş sürpriz gözləyir.
Buğa
Obrazınızdan istifadə edin: yeni tanışlarda asanlıqla yaxşı təəssürat yaradacaq, qalanların rəğbətini qazanacaqsınız. İşgüzar əlaqələri qurmaq və mövcud münasibətləri gücləndirmək mümkün olacaq. İşgüzar intuisiyanız yüksək olacaq. Maliyyə məsələlərini həll etmək üçün uğurlu gündür.
Ailəli Buğaların zərurət yaranarsa qohumlara kömək etmək imkanı olacaq. Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir: həm spontanik, həm də çoxdan planlaşdırılmış alımlar sizə və yaxınlarınıza çox sevinc gətirəcək.
Əkizlər
Çətin tapşırıqların həllinə səhərdən cəsarətlə başlayın: bu gün bəxt sizin tərəfinizdə olacaq. İş çox olacaq, ancaq bu sizi sevindirəcək, çünki öz dəyərinizi daha aydın hiss edəcəksiniz. İstənilən maneələri aşacaq, qısa müddətdə təsirli nəticələr əldə edəcək və səhvə yol verməyəcəksiniz. Peşəkarlığınız həmkarlar və rəhbərlikdə yaxşı təəssürat yaradacaq.
Günün ikinci yarısında bir çox Əkizlər üçün mühiti dəyişmək, tanımadıqları məkana baş çəkmək imkanı yaranacaq. Bu fürsətdən yararlanın: yeni təəssüratlar sizi maraqlı ideyalara yönəldəcək.
Xərçəng
Planlaşdırdıqlarınızı həyata keçirə biləcəksiniz, yetər ki, diqqətinizi xırda, əhəmiyyətsiz detallara yayındırmayasınız. Əsas məsələlərə fokuslanın və təsir edə bilmədiklərinizə görə narahat olmayın — çoxu öz-özünə yoluna düşəcək. Həddindən artıq narahatlıq yalnız diqqətinizi dağıdıb səhvlərə gətirib çıxara bilər. İşə adətən olduğundan bir qədər artıq vaxt ayırmaq lazım gələcək, lakin nəticələr sizi sevindirəcək.
Eyni zamanda, istirahəti də unutmayın. Gün ərzində qısa fasilələr və axşam xoş məşğuliyyətlər enerji axını verəcək, güc toplamağa kömək edəcək.
Şir
İstədiyiniz nəticələr üçün yaxşıca çalışmaq lazım olacaq. Gücünüzü real qiymətləndirin, yeni layihələrin mürəkkəbliyini düzgün dəyərləndirin: təkbaşına öhdəsindən gəlmək bəzən mümkün olmayacaq. Həmsöhbətlərinizdən, həmfikirlərdən dəstək istəyin — aralarında birgə işə hazır olanlar mütləq tapılacaq.
Günün ikinci yarısında planları yenidən qurmq lazım gələcək: ailə problemlərinə diqqət yetirməli olacaqsınız. Böyük yaşlı qohumların sizə ehtiyacı olacaq və siz məmnuniyyətlə yardım edəcəksiniz.
Qız
Səbirli və ehtiyatlı olun — bu gün bunlar çox işinizə yarayacaq. Xırdalıqlara xüsusi diqqət göstərin: vacib bir detalı gözdən qaçırma ehtimalı yüksəkdir. Tələsməyin, hər qərarı diqqətlə ölçüb-biçin, çətin hallarda təcrübəli tanışlarla məsləhətləşin — beləliklə ciddi xoşagəlməzliklərdən qaça biləcəksiniz. Hər şey istədiyiniz qədər tez alınmaya bilər, amma buna görə narahat olmayın: əsas işlərin hamısına vaxt tapacaqsınız.
Axşam xoş sürprizlər mümkündür. Bir çox Qız uzun müddət darıxdıqları insanlarla görüşə biləcəklər.
Tərəzi
Özünüzdən həddən artıq tələb etməyin. Gün asan olmayacaq, lakin zəhmətiniz mütləq nəticə verəcək. Uğur üçün çalışmaq lazım gələcək, buna görə işləri təxirə salmayın. Kömək ummağa arxayın olmayın — çox vaxt məlum olacaq ki, təkbaşına daha tez və səmərəli hərəkət edirsiniz.
Günün ikinci yarısında gözlənilməz pul daxilolmaları mümkündür. Bir çox Tərəzi uğurlu alış-veriş edəcək. Evinizdə rahatlıq və gözəllik yaradan əşyalar seçmək xüsusilə yaxşıdır: uzun müddət bütün ailəyə sevinc bəxş edəcək.
Əqrəb
Səbirli olun və özgələrin vədlərinə həddən artıq inanmayın: ilk təəssürat aldadıcı ola bilər. Məqsədlərə gedən yol düşündüyünüzdən daha uzun və çətin çıxacaq, amma iradə və israr sizə kömək edəcək. Cazibədar təkliflər ala bilərsiniz, lakin razılaşmağa tələsməyin: qarşılıqlı faydalı əməkdaşlıq yalnız etibarlılığını dəfələrlə sübut edənlərlə qurulacaq.
Günün ikinci yarısı istirahət və bərpa üçün münasibdir. Sağlamlaşdırıcı və ya relaks prosedurlar xüsusilə faydalı və təsirli olacaq.
Oxatan
Yaxşıca çalışmağa hazır olun. Qoyduğunuz hədəflərə gedən yolda maneələri aşmaq üçün qətiyyət və səbat lazım olacaq. Tələsməyin, hər qərarı düşünün, düşünülməmiş vədlər verməyin. İmkan varsa, məsuliyyətli işləri və görüşləri daha münasib günə keçirin.
Bir çox Oxatan istirahət üçün yaxşı fürsət tapacaq. Köhnə dostlarla və ya sevdiyiniz insanla ünsiyyət xoş emosiyalar bəxş edəcək. Səfərlər və gəzintilər yeni təəssüratlar gətirəcək. Fiziki aktivlik də faydalıdır — özünüzü daha gümrah hiss edəcəksiniz.
Oğlaq
Gün həyatınızda nəzərəçarpan dəyişikliklərin başlanğıcı ola bilər. Qəbul etdiyiniz qərarlar gələcək uğurların ilk pilləsi olacaq. Başqalarının bacarmadığını siz edə biləcəksiniz. Şansı əldən verməyin — kifayət qədər olacaq. Nəticələriniz ətrafdakıları ruhlandıracaq, hətta onlar da sizin nümunənizi izləmək istəyəcəklər.
Öz üzərinizə həddən çox yük götürməyin — sağlamlıq problemləri yarana bilər. Həmsöhbətlərinizi diqqətlə seçin: hər ünsiyyət sizin üçün faydalı olmayacaq. Ailəli Oğlaqlar qohumların məsləhətlərinə qulaq assalar, yaxşı olar.
Dolça
Vəziyyətə uyğunlaşa bilmək bacarığınız çox lazım olacaq. Hər şey planlaşdırdığınız kimi getməyəcək, lakin çeviklik və spontanlıq göstərsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Fantaziyanız və səbatınız məqsədlərə çatmağa kömək edəcək. Artan cazibəniz ətrafdakıların rəğbətini qazanmağa, dəstəklərini almağa imkan verəcək.
Bəzi Dolçalar üçün gözlənilməz maliyyə daxilolmaları mümkündür. Vacib sənədləşmə işlərini həll etmək yaxşı alınacaq. Bu gün bağlanan anlaşmalar gözlənilən gəliri gətirəcək.
Balıqlar
Vaxtı boşa sərf etməyin — onda çox işin öhdəsindən gələcəksiniz. Ideyalarınızı mümkün qədər tez həyata keçirin: ulduzlar sizin tərəfinizdə olacaq, şərait ən əlverişli şəkildə formalaşacaq və uğur gecikməyəcək.
Bəzi Balıqlar üçün ünsiyyətdə anlaşma dərhal olmayacaq. Sizi tez başa düşməyə bilərlər, amma istəsəniz, düzgün sözləri tapıb mövqeyinizi izah edəcəksiniz. Günün ikinci yarısında yaxın insanla ikinizi maraqlandıran mühüm məsələləri müzakirə etmək imkanı yaranacaq. Axşam romantik görüş üçün də uyğun olacaq.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press