
Astarada qazıntı nəticəsində qaz xətti zədələnib, 3 yaşayış məntəqəsi qazsız qalıb
Cənub press xəbər verir ki, rayonunun Təngərüd kəndində aparılan qazıntı işləri zamanı diametri 159 mm olan orta təzyiqli metal qaz xətti zədələnib.
Nəticədə Təngərüd və Maşxan kəndləri, həmçinin Kijəbə qəsəbəsində ümumilikdə 1600-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
Qazın bərpası üçün təmir-bərpa işləri aparılır.
Nərmin Əliyeva, Cənub Press