
18 sentyabr 2025-ci il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik” İli elan etməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Ümummilli lider Heydər Əliyev–Müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilmişdir.
Cənub Press xəbər verir ki, tədbirdə xəstəxananın rəhbərliyi, tibbi heyət, inzibati işçilər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Cəlilabad RMX-nın direktoru Oktay Əmənullayev çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlərdən bəhs etmiş, onun siyasi irsinin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət kimi inkişaf yoluna qədəm qoymuşdur.
Tədbir çərçivəsində çıxış edən digər iştirakçılar da Ulu Öndərin dövlətçilik tariximizdəki əvəzsiz rolunu qeyd edərək, onun müəyyənləşdirdiyi strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Sonda iştirakçılar Heydər Əliyevin zəngin irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etmiş, bu irsin qorunması və təbliğində hər kəsin üzərinə məsuliyyət düşdüyünü vurğulamışlar.
Nərmin Əliyeva, Cənub Press