
Hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə “VAZ 21099” markalı minik avtomobili toqquşub.
Cənub Press xəbər verir ki, hadisə nəticəsində azyaşlılarda olmaqla, 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Nərmin Əliyeva