
Mübariz İbrahimovun adını daşıyan məktəb qəbul imtahanında 100 faizlik nəticə göstərib.
Cənub Press xəbər verir ki, 2024–2025-ci tədris ilində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bitirən 41 məzunun hər biri yüksək ballarla ali məktəblərə qəbul olunub. Bu uğur Kompleksin tarixinə ardıcıl 14-cü dəfə 100%-lik qəbul göstəricisi kimi yazılıb.
Məlumata görə, məzunlar qəhrəmanımızın adını daşıyan təhsil ocağının mübariz ənənəsinə sadiq qalaraq, 2025-ci ildə də əldə etdikləri nailiyyətlərlə həm öz adlarını, həm də Kompleksin adını zirvələrə ucaldıblar.
Kompleksin fəaliyyətə başladığı gündən bu günədək ümumilikdə 360 məzun olub. Onların hər biri ölkə daxilində və xaricdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunaraq uğur ənənəsini davam etdirib.
Məzunların qazandıqları nəticələr yalnız şəxsi nailiyyətləri deyil, eyni zamanda Təhsil Kompleksinin Azərbaycan təhsil sistemindəki mühüm rolunu təsdiqləyən göstərici kimi dəyərləndirilir.
Qeyd edək ki, qəbul olan məzunların arasında AZƏRTAC-ın bölgə müxbiri, “Cənub Press İnformasiya Agentliyi” nin yaradıcı İlkin Adıyevin də övladı var.