
Lənkəranın ucqar dağ kəndində açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib.
Cənub Press-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonun ucqar dağ kəndi olan Gərgiran kəndində açıq sahədə olan boş ərazilərdə qeydə alınıb. İki hektar ərazini əhatə edən yanğın bələdiyyə ərazisidir. Artıq yanğının Hirkan Milli Parkına ərazisinə keçdiyi bildirilir.
Əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyyəti cəlb olunub.
Əraziyə aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi cəlb olunub. Alov lokallaşdırılıb, təhlükəli hissələr söndürülüb. Digər ərazilərində tüstülənmə müşahidə edilir. Hazırda alov nəzarətə alınıb.
Nərmin Fəxrəddinqızı