
Hadisə magistralın təqribən 152 km-də Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Cənub Press xəbər verir ki, əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınır.
Qeyd edək ki, küləkli hava şəraitinə görə alov ətrafa tez yayılır.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Nərmin Fəxrəddinqızı