
Miqren 5-15 yaş arası uşaqların 10%-də miqren ağrılarına rast gəlinir və baş ağrısı ilə müraciət edən uşaqların 75%-də ağrının səbəbidir. Qızlarda daha çox görünür.Miqren periodik olaraq təkrarlanan xroniki baş ağrılarıdır.
Cənub Press xəbər verir ki, xarakterik əlaməti başın bir yarısındapulsasiyaedici ağrıların olmasıdır. Bu ağrılar, adətən, ürəkbulanma, qusma, işıqa qarşı həssaslıq, səsə dözümsüzlük ilə müşayiət olunur və 4-72 saat çəkə bilər. Bu səbəbdən miqreni olan uşaqlar adi uşaqlardan daha çox dərs buraxarlar. Miqren tutması olduqda xəstə fiziki hərəkət etdikdə ağrı şiddətlənir.Miqren xəstəliyi genetik meyilli xəstəlikdir, hətta ailəvi hemiplegik miqren adlanan bir forması da mövcuddur. Miqrenli bir uşağın, adətən, bioloji valideynlərindən birində miqren tutmalarının olması aşkarlanır.
Miqrenin əlamətləri.
Miqren tez-tez rast gəlinən ürək bulanması, qusma ilə müşahidə olunan, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrısıdır. Həmçinin miqren nevroloji xəstəlikdir. Miqren ağrıları saatlar və ya günlərlə davam edir. Uzun müddət davam edən miqren ağrıları miqren statusu adlanır. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəlik əsasən qadınlarda geniş yayılıb. Miqren baş ağrısı ürəkbulanma, diareya, işığa, səsə həssaslıq, qan dövranının zəifləməsinə səbəb olur. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər. Miqrenin simptomları baş ağrısından bir müddət əvvəl, dərhal baş ağrısına keçən vaxt, baş ağrısı ilə eyni zamanda və baş ağrısından sonra əmələ gələ bilər. Miqrenin əsas səciyyəvi simptomlarına aiddir:
- Pulsasiyaedici və pulsasiya etməyən birtərəfli ağrı;
- 4 saatdan 72 saata(3 günə) qədər davam edən ağrı;
- ürək bulanma, qusma;
- işığa,qoxuya,səsə həssaslıq.
- əmək qabiliyyətinin itirilməsi
- adi fiziki yükdən ağrının güclənməsi
Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə müşahidə olunan, əmək qabiliyyətinin məhdudlaşdırılmasına gətirən təkrarlanan kəskin baş ağrıları ilə nevroloji müayinələrin nəticələri normal olan pasiyentlər miqren xəstəliyi olan xəstələr kimi qəbul olunmalıdırlar
Nərmin Fəxrəddinqızı