
Ürək-damar xəstəlikləri dünyanın ən çox yayılmış sağlamlıq problemlərindən biridir və hər il milyonlarla insan bu xəstəliklərdən təsirlənir. Bu blog yazısında ürək-damar xəstəliklərinin səbəbləri, risk faktorları, əlamətləri və profilaktika yolları haqqında məlumat verəcəyik.
1. Ürək-Damar Xəstəlikləri Nədir?
Ürək-damar sistemi insanın həyati fəaliyyətini davam etdirmək üçün əsas sistemlərdən biridir və qanı bədəndə dövr edən damarlar, ürək və qan dövranı mexanizmini əhatə edir. Lakin bəzi hallarda, damarların genişlənməsi, damar tutulması və ya kapilyar damar partlaması kimi problemlər bu sistemin fəaliyyətində pozuntulara səbəb olur. Bu tip xəstəliklərə infarkt, damar tıxanması və ürək sancısı kimi ciddi hallar daxildir.
Risk faktorları bunlardır:
- Siqaret çəkmə və zərərli qidalanma
- Yüksək qan təzyiqi və xolesterol səviyyəsi
- Ailəvi genetik meyillilik
- Fiziki aktivliyin azlığı və stress
2. Ürək-Damar Xəstəliklərinin Əlamətləri
Ürək-damar xəstəliklərinin erkən əlamətlərini bilmək çox vacibdir. Müxtəlif xəstəliklər fərqli əlamətlərlə özünü göstərir, lakin bəzi ümumi əlamətlər bunlardır:
- Ürək ağrısı və sancı – Bu, ürəyə qan axınının azalmasının nəticəsində yaranır. Əgər ağrı tez-tez təkrarlanırsa və döyüntü hissi çoxdursa, ciddi diqqət tələb olunur.
- Ayaqlarda damar partlaması və ya şişmə – Ayaqlarda damarların üst-üstə çıxması, xüsusilə ayaqda damar tutulması tez-tez damar problemlərinə işarə edir.
- Damar ağrısı və dartılması – Damar sistemində olan hər hansı gərginlik və ya ağrı mütləq diqqətə alınmalıdır.
- Ürəyin tez- tez döyünməsi – Ürək döyüntülərində qeyri-normal hallar, döyüntünün tezləşməsi və ya zəifləməsi də ürək xəstəliklərinin əlamətlərindən biridir.
- Ürək Getmə Halları: ürəkgetmə (bayılma), ürəyə və beyinə qan axınının ani şəkildə azalması nəticəsində yaranır. Bu vəziyyət, qısa müddətli şüur itkisi ilə xarakterizə olunur və ürək-damar problemlərinin xəbərçisi ola bilər.Ürək Getməyə Səbəb Olan Faktlar:
- Qan Təzyiqinin Düşməsi – Bəzən ani təzyiq düşməsi beyin hüceyrələrinin kifayət qədər oksigen almamasına səbəb olur.
- Ürək Ritm Problemləri – Urek doyuntusu çox olması və ya nizamsız ürək döyüntüləri bayılma hallarını artırır.
- Ağır Stress və Qorxu – Psixoloji təzyiq qan dövranına təsir edərək ürək getmə hallarını yarada bilər.
- Nərmin Fəxrəddinqızı