“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsinin icrası yekunlaşıb.
Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, müəllimlər və şagirdlər iştirak edib. Layihə rəhbəri çıxış edərək bildirib ki, layihənin məqsədi Duolingo platformasının imkanlarından istifadə edərək məktəbimizin 6-8-ci sinif şagirdlərinə ingilis dilinə maraq yaratmaq, onları motivə etmək, dil kompetensiyalarını artırmaq və IX sinif buraxılış imtahanlarında daha yüksək nəticələr əldə etmələri üçün repetitorların Duolingo proqramı ilə əvəzlənməsini təmin etmək olub.
Daha sonra çıxış edən qonaqlar layihənin uğurla icra edildiyini diqqətə çatdırıblar.
Xatırladaq ki, layihə Səfərova Rumiyyə tərəfindən Bakı şəhər 69 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilir.

