Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Smart English: İnteraktiv Dil Öyrənmə” layihəsi çərçivəsində təlimlər uğurla davam etdirilir.
Layihə çərçivəsində 8–10-cu siniflərdə təhsil alan və layihə üçün seçilmiş 20 şagird üçün “Duolingo əsaslı interaktiv ingilis dili dərsləri” təşkil olunub. Təlimlərin əsas məqsədi Duolingo platformasının imkanlarından səmərəli istifadə etməklə şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onları buraxılış imtahanlarına hazırlamaq və müstəqil dil öyrənmə vərdişlərini formalaşdırmaqdır.
Təlim prosesində Elm və Təhsil Nazirliyinin İctimai Şurasının katibi, xarici dil üzrə ekspert Günay Əkbərova mütəmadi olaraq iştirak edir, metodiki tövsiyələrini verir və ingilis dilinin interaktiv üsullarla öyrənilməsi istiqamətində şagirdlərə dəstək göstərir.
Qeyd edək ki, təlimlər Astara şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Layihənin rəhbəri Babək Rzazadədir.

