Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində ““Ünsiyyət klubu” – şagirdlərin nitqinin inkişafına dəstək” adlı layihəsinin icrası davam edir.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş bu layihənin icra planına uyğun olaraq təlimlər keçirilir. Layihə çərçivəsində əvvəlcə klubun fəaliyyət göstərməsi üçün proqram hazırlanıb, sonra öncədən hazırlanmış meyarlara uyğun olaraq şagirdlərin seçimi aparılıb. Hazırda 12 saat akademik yazı bacarıqlarının inkişaf etdirilməsi və 12 saat şifahi nitqin inkşafına yönəlmiş təlimlər təşkil edilir. Layihənin son fəaliyyəti olaraq şagirdlər arasında inşa (esse) müsabiqəsi keçiriləcəkdir.
Bildirək ki, layihənin məqsədi Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində VIII-XI sinif şagirdlərinin şifahi və yazılı nitq ünsiyyətinin inkişaf etdirmək üçün məktəbdə “Ünsiyyət klubu” yaratmaqdır.
Qeyd edək ki, layihə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində Firuzə Mənsimli tərəfindən icra olunur.

