Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində qalib olan “Gənclər, kəndimizə gələcək qurun!” adlı layihənin təlimlərinə start verilib.
Təlimlər Beyləqan rayonu Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində Gülnarə Məmmədova tərəfindən keçirilir.
Layihə çərçivəsində keçirilən təlimlər liderlik və komanda bacarıqları, emosional zəka və psixoloji dəstək, ictimai çıxış və debat bacarıqları, rəqəmsal savadlılıq və media istifadəsi, ingilis dili bacarıqlarının inkişafı olmaqla 5 istiqamətdə təşkil olunub. Birinci Şahsevən kənd G.Əsədov adına 1№-li tam ümumtəhsil məktəb, Əli Rüstəmov adına I Şahsevən kənd 2 №-li tam ümumtəhsil məktəb, Şahsevən kənd Fazil Miriyev adına 3 №-li tam ümumtəhsil məktəb və D.Əliyev adına 2-ci Şahsevən kənd tam ümumtəhsil məktəblərində təhsil alan 9, 10, 11 -ci sinif şagirdlərindən hər sinifdən 20 olmaqla, adları qeyd olunan məktəblər üzrə ümumilikdə 60 şagird layihədə iştirak edir. 60 şagird yaş qruplarına əsasən 3 qrupa bölünüb. Təlimlər 8 həftə davam edəcək, ümumilikdə 72 saat təşkil olunacaqdır.
Xatırladaq ki, layihənin məqsədi Birinci Şahsevən kənd G.Əsədov adına 1№-li tam orta ümumtəhsil məktəb, Əli Rüstəmov adına I Şahsevən kənd 2 №-li tam orta ümumtəhsil məktəb, Şahsevən kənd Fazil Miriyev adına 3 № -li tam orta ümumtəhsil məktəb və D.Əliyev adına 2-ci Şahsevən kənd tam orta ümumtəhsil məktəblərində təhsil alan gənclərin liderlik, komanda işi, emosional zəka və ingilis dili üzrə ünsiyyət bacarıqlarını inkişaf etdirərək, onlara beynəlxalq ünsiyyət mühitinə uyğun natiqlik və debat bacarıqları qazandırmaqdır.
Qeyd edək ki, layihə Beyləqan rayonu Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbdə Zaur Qədirov tərəfindən icra edilir.

