Astarada 2025-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 63339 nəfər olmuş və onların 60573 nəfərini məşğul əhali təşkil etmişdir.
Cənub Press xəbər verir ki, Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 8008 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 5541 nəfər, qeyri-dövlət sektorunda isə 2467 nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 10,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 1,9 faizi emal sənayesi, 0,9 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq , 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 37,5 faizi təhsil, 21,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 4,7 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi informasiya və rabitə, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanına uyğun olaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 151 iş yeri açılmışdır ki, ondan da 60 iş yeri yeni yaradılmış, 91 iş yeri mövcud müəssisə və təşkilatlarda olmuşdur.
01 oktyabr 2003-cü ildən 01 oktyabr 2025-ci ilə qədər olan dövrdə 16341 iş yeri açılmışdır.
