Astarada 2025-ci ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6,2 faiz və 5,2 faiz artmışdır.
Cənub Press xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 913 min ton yük daşınmışdır. 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 5575 min sərnişinə xidmət göstərmişlər.
Bu dövrdə nəqliyyat sektorunda fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə ( ƏDV və aksizlər daxil olmadan) 1575,8 min manatlıq xidmət göstərilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin həcmi 313,2 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artmışdır.
