Rayon üzrə 2025 – ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 5331,4 hektar olmuşdur. Əkin sahəsinin 946,6 hektarını və yaxud 17,7 faizini qarğıdalı da daxil olmaqla dənli və dənli paxlalı bitkilər, 3059,3 hektarını (57,4 faizini) kartof, bostan və tərəvəz bitkiləri, 1325,5 hektarını (24,9 faizini) yem bitkiləri təşkil edir. 2025-ci ildə 938,6 hektar taxıl sahəsindən 2896,5 ton məhsul toplanmış və hər hektardan məhsuldarlıq 30,9 sentner olmuş, o cümlədən 88,0 hektar buğda sahəsindən 272,4 ton məhsul toplanmış, məhsuldarlıq 31 sentner, 32,0 hektar arpa sahəsindən 65,9 ton məhsul götürülmüş, məhsuldarlıq 20,6 sentner olmuşdur. 2025-ci ildə 298,5 hektar çəltik sahəsindən 1225,5 ton məhsul yığılmış və məhsuldarlıq 41,1 sentner, 180,1 hektar qarğıdalı sahəsindən 562,9 ton məhsul yığılmış və məhsuldarlıq 31,3 sentner, 894 hektar kartof sahəsindən 7313,7 ton məhsul yığılmış və məhsuldarlıq 81,8 sentner, 1819,3 hektar tərəvəz sahəsindən 27080,2 ton məhsul toplanmış və məhsuldarlıq 148,8 sentner, 346 hektar bostan bitkiləri sahəsindən 3735,2 ton məhsul yığılmış və məhsuldarlıq 108,0 sentner olmuşdur.
Hazırda rayonda 232,1 hektar çay sahəsi vardır və bu sahələrdən 2025-ci ildə 724,6 ton çay yığılmış, məhsuldarlıq 31,3 sentner olmuşdur. 01 dekabr 2025-ci il vəziyyətinə 5139,4 hektar meyvə və giləmeyvə sahələrindən
73613,5 ton məhsul yığılmışdır. Meyvə yığımı davam edir.
