2025-ci ilin doqquz ayında rayonda 3076,0 ton diri çəkidə ət, 18970,3 ton süd, 9825 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 22,4 ton və ya 0,7 faiz artmış, süd istehsalı isə 194,7 ton və ya 1,0 faiz azalıb. İstehsal olunan diri çəkidə ətin 3028,4 tonu, südün 18582,3 tonu, yumurtanın isə hamısı ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
Cənub Press xəbər verir ki, yeyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. Cari ilin doqquz ayında rayonda 1126 baş inək və camış süni yolla mayalandırılıb, 487 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.
