2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 192214,1 min manatlıq, o cümlədən 114280,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 77933,6 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 faiz, qeyri-ərzaq malları üzrə 0,1 faiz artmışdır.
Cənub Press xəbər verir ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 189,0 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 112,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 76,6 manatlıq qeyri-ərzaq malları almışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 59,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 40,5 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur. Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 15,4 faizi ticarət müəssisələri, 52,2 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi bazar və yarmarkalarda satılmışdır.
2024-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,4 faiz, bazar və yarmarkalar üzrə 16,6 faiz artmış, fərdi sahibkarlar üzrə 10,1 faiz azalmışdır.
