
Lənkəranda Milli Qəhrəmanın qardaşı vəfat edib.
Cənub Press xəbər verir ki, Lənkəranda Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyevin qardaşı 1968-ci il təvəllüdlü Ziyad Əliyev rəhmətə gedib.
Z.Əliyev doğulduğu Lənkəran rayonunun Ləj kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Ziyad Əliyev Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsində çalışırdı.
Nərmin Əliyeva, Cənub Press