
Son günlərdə Lənkəran rayonuna yağan normadan artıq leysan xarakterli yağışlar nəticəsində bir sıra çoxmənzilli yaşayış binalarının qarşısında qısamüddətli suyığılma halları müşahidə edildi ki, bu da öz növbəsində binaların qarşısında və məhəlləarası yollarda nahamarlıqların yaranmasına səbəb oldu.
Cənub Press xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən aradan qaldırılıb. Bu məqsədlə sözügedən istiqamətdə müəyyən olunmuş ərazilərdə yollara qum-çınqıl qarışığının tökülməsi həyata keçirilib. Belə ki, şəhərin Şəhidlər Xiyabanı 46/14, Şəhidlər Xiyabanı 46/1, Şəhidlər xiyabanı bina 153, 157, Z.Əliyeva 78/21, Mehdi Hüseynzadə dalan 1 və dalan 2 ünvanlarında cari təmir işləri aparılıb. Yolun nahamar hissələrinə qum-çınqıl qarışığı bərabər şəkildə yayılıb. Görülən işlər nəticəsində əhalinin və eləcə də nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti daha da yaxşılaşdırılıb.
Qeyd edək ki, sözügedən tədbirlər digər ərazilərdə də qrafikə uyğun olaraq davam etdiriləcək.
Nərmin Əliyeva, Cənub Press