
Masallı rayonunun Ərəb kəndində şəhid Qasımov Cəbrayıl Baloğlan oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Cənub Press xəbər verir ki, Şəhid Cəbrayıl Qasımovun şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, ərazi nümayəndəsi və müavini, bələdiyyə sədri, din xadimləri və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Nərmin Əliyeva, Cənub Press