
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.
Cənub Press xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə Birinci Tiyaqanı kəndində 700 metr məsafədə mərkəzi küçəyə asfalt örtüyü döşənmişdir.
Qeyd edirik ki, Masallı rayonunda kənddaxili küçələrin təmir edilməsi mütəmadi olaraq həyata keçirilir.
Nərmin Əliyeva, Cənub Press