
Yaxın üç gün ərzhava ində Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.
Cənub Press xəbər verir ki, bu barədə Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova bildirib ki, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti oktyabr ayı üçün spesifikdir: “Belə istilər əvvəllər də müşahidə edilib, oktyabr ayında isti hava şəraiti mövcud olub. Ümumiyyətlə oktyabr ayı keçid ayıdır. Yay fəslinin sonu, payız fəslinin başlanğıcıdır. Bu zaman hava şəraitində həm isti, həm də soyuq hava şəraiti müşahidə olunur. Ümumiyyətlə oktyabr ayı soyuq hava şəraiti kimi xarakterizə olunur. Buna kəskin istiləşmə demək olmaz, sadəcə temperaturun yüksəlməsi müşahidə olunacaq. Bu gün havanın temperaturu 21 dərəcədirsə, yaxın üç gündə 25 dərəcə olacaq”, – deyə o vurğulayıb.
Nərmin Əliyeva, Cənub Press