
1 Oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cəlilabad Rayon Prokuroru İlqar Məmmədov, hüquq-mühafizə orqanları, idarə rəhbərləri və prokurorluq əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Cənub Press xəbər verir ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Cəlilabad Rayon Prokurorluğunun inzibati binasında davam edən tədbirdə rayon prokuroru baş ədliyyə müşaviri İlqar Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində uğurlar arzuladı. Həmçinin vurğulayıb ki, rayon Prokurorluğu olaraq üzərilərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da daha böyük səy və fədakarlıqla çalışacaqlar.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci il tarixdə imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarının hərtərəfli bərqərar olması təmin edilib. Dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi sahəsində yorulmadan xidmət göstərir.
Sonda başçısının birinci müavini Qalib Xudaverdiyev tərəfindən prokurorluq əməkdaşlarına Fəxri Fərmanlar təqdim edilib.
Bütün prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq.
Nərmin Əliyeva, Cənub Press