
29 sentyabr tarixində Mingəçevir şəhərində keçirilən III MDB oyunlarında Taekvondo idman növü üzrə milli komandanın tərkibində çıxış edən “Təhsil” RİM-nin Lənkəran şəhər UGİŞM-in idmançısı Ümid Rəhimov 54 kq çəki dərəcəsində uğurla mübarizə apararaq gümüş medal qazanıb.
Cənub Press xəbər verir ki, bu nailiyyət idmançımızın zəhmətinin, əzminin və peşəkarlığının göstəricisi olmaqla yanaşı, onun məşqçi-müəllimi İmran Əliyevin də böyük zəhmətinin bəhrəsidir.
Ümid Rəhimovu və İmran müəllimi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq!
Nərmin Əliyeva, Cənub Press