
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında tezliklə sülhün bərpa olunacağına əmindir.
Cənub Press xəbər verir ki, Tramp bunu Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edərkən söyləyib.
O, İsrailin baş naziri ilə əl sıxdıqdan sonra mətbuat mənsublarına “Bəli. Mən buna çox əminəm” deyə, bildirib.
Qeyd edək ki, hazırda Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir.
örüşdə Qəzzada müharibənin bitməsi ilə bağlı 21 maddəlik həll planının müzakirəsi gözlənilir. Həmçinin müzakirələrdə Fələstinin müstəqilliyini tanıyan ölkələrinin sayının artması fonunda ABŞ-ın İsrailə dəstəyi barədə danışılacağı nəzərdə tutulub. Sonda tərəflər mətbuat konfransı keçirəcəklər.(Teleqraf)
Nərmin Əliyeva, Cənub Press