
Millət vəkili Rəşad Mahmudov: “Prezident İlham Əliyevin Qarabağ Universitetində yeni klinika binasının və Tibb və Sağlamlıq Elmləri fakültəsinin açılışında iştirakı səhiyyəmiz üçün yeni səhifə açdı”.
Cənub Press xəbər verir ki, Millət vəkili Rəşad Mahmudov bildirib ki, Prezident İlham Əliyevin Qarabağ Universitetində Klinika binasının və Tibb və Sağlamlıq Elmləri fakültəsinin tədris korpusunun açılışında iştirakı ölkəmizin səhiyyə və tibbi təhsili üçün yeni mərhələdir.
Onun sözlərinə görə, bu layihə yalnız Qarabağın bərpasının rəmzi deyil, eyni zamanda üç mühüm istiqamətdə gələcəyə xidmət edir.
Təhsil – Gənc həkimlərin müasir standartlara uyğun, yüksək səviyyədə yetişməsi təmin olunacaq.
Səhiyyə – Klinik baza və qabaqcıl texnologiyalar keyfiyyətli tibbi xidmətə yol açacaq.
Rəqabət və inkişaf – Beynəlxalq səviyyədə tanınan universitetlərlə yarışacaq bir mühit formalaşacaq.
Millət vəkili qeyd edib ki, bu addım Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da tibbi innovasiya və bilik mərkəzinə çevrilməsinə böyük stimul olacaq. Onun fikrincə, Qarabağ artıq təkcə dirçəlişin deyil, həm də gələcəyin səhiyyəsinin ünvanıdır.
Nərmin Əliyeva, Cənub Press