
Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar olaraq keçirilən tədbirlərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Cənub Press xəbər verir ki, tədbirlərdə çıxış edənlər yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə pedaqoji kollektivləri, bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri təbrik edərək, yeni tədris ilində uğurlar arzulayıblar. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsildə müxtəlif innovativ layihələr həyata keçirilir, müasir standartlara cavab verən tədris ocaqları inşa olunur və maddi-texniki bazaları daha da möhkəmləndirilir. Dövlət səviyyəsində təhsilə göstərilən xüsusi diqqət və qayğı, müəllimlərin iş şəraitinin yaxşılaşdırılmasına və şagirdlərin daha savadlı və bilikli kadrlar olaraq yetişməsinə xidmət göstərir.
Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir. Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.
Təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Nərmin Əliyeva, Cənub Press