
Masallıda cüdo idman növü üzrə UGİM-in turniri keçirilib.
Cənub Press xəbər verir ki, sentyabrın 11-12-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 sentyabr-Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş uşaqlar arasında cüdo idman növü üzrə Masallı rayon UGİM-in turniri keçirilib.
Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında keçirilən turnirdə 10 çəki dərəcəsi üzrə 52 nəfər idmançı iştirak edib.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Nərmin Əliyeva, Cənub Press