
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə
Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət İsrafilova ilə 55 illik yubileyi münasibətilə görüş keçirilib.
Cənub Press xəbər verir ki, görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.
Yekunda Qənimət İsrafilovaya mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə və 55 illik yubileyi münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı təqdim olunub.
Nərmin Əliyeva, Cənub Press