Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Heyva və onun faydaları barədə nə bilirik?

admin
15456345812773215139_1000x669

Heyva xalq təbabətində heç də az istifadə olunmayan məşhur meyvələrdən biridir. Bəzi İslam mənbələrində heyvanın üç xüsusiyyəti göstərilir: Ürəyə aramlılıq (sakitlik) və şadlıq verir, paxılın əliaçıqlığına səbəb olur, qorxağı cəsarətli edir. Mənbələrdə deyilir ki, hər kim bir dənə heyva yeyərsə, Allah 40 gün hikməti onun dilindən axıdar. Qədim yunan qızları heyva yeyərlərmiş ki, gözəl olsunlar.

Cənub Press xəbər verir ki, heyvanın vitaminlərlə, üzvü turşularla zəngin olmasından, bir sıra xəstəliklərdə müalicəvidir: “Qızılgülçiçəklilər fəsiləsinə daxil olan heyvada insan üçün bir çox faydalı və müalicəvi maddələr var. Onlardan 4-5 faizə qədər şəkər, 2 faizə qədər üzvü turşular (alma, limon turşuları), karotin və C vitamini, aşı maddələri, efir yağı, dəmir duzları və sairi göstərmək olar. Heyva toxumlarında 14-18 faiz selikli maddələr, 10-20 faiz yağ, 1-2 faiz qətran və çoxlu miqdarda zülal var”.

Əczaçı bildirib ki, xalq təbabətində heyvanın yarpaqları qurudulub çay kimi dəmlənərək ürək ağrısında sakitləşdirici dərman kimi içilir. Heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətləndirici kimi, eləcə də həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Heyva mürəbbəsi qan azlığına da yaxşı təsir göstərir.

Heyvanın çubuqlarını dəmləyib içdikdə, yuxarı qan təzyiqini normallaşdırır. İç toxumlarını (cecəyini) dəmləyib (dəmləmə 1 saat davam edir) içdikdə, bəlğəmgətirici kimi təsir göstərir. Xalq təbabətində meyvələrini inək yağında bişirib nəfəs yolları xəstəliklərində işlədirlər. “Heyva faydalı xüsusiyyətləri ilə çox zəngindir. Heyvanın bütün növləri, xüsusilə şirin heyva insanı gümrahlaşdırır, o cümlədən baş ağrısını sakitləşdirir, qaraciyərə yaxşı təsir göstərir, ağızdan gələn pis qoxunu yox edir”,

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 197
Paylaş

Continue Reading

Previous: Yağışlı hava bu tarixə qədər davam edəcək
Next: Sentyabrın 18-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • kart bankomat terminal2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • qandalPolis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • 1Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • reydBir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • reydBiləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Qm7mWU3QNUJ5JIqqCDwMCfH3rwCpeMkf4Iu73arZ_1200Yer kürəsini maqnit qasırğası bürüyəcək
  • 6c826e8f82f61db4ebdf9793b97a7697İş günü qısaldılacaq – BU TARİXDƏ
  • perkende ertimAstrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • burcUlduz falı: 2 oktyabr, 2025-ci il
  • erməniErmənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə ediblər

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.