
Sentyabrın 18-dək ölkə ərazisində qeyri sabit hava şəraiti hökm sürəcək.
Cənub Press xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə ölkə ərazisində ara bir yağış yağacağı, külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
Sentyabrın 18-dək havanın temperaturu gündüzlər +22, 28 gecələr isə +13, 17 dərəcə təşkil edəcək.
Nərmin Əliyeva, Cənub Press