Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Yağışlı hava bu tarixə qədər davam edəcək

admin
resize

“Havaların bu cür kəskin dəyişməsi, təbii ki, meteoroloji şəraitə çox ciddi təsir edir. Görürsünüz, artıq şimal bölgələrində – Kəlbəcərdə, Laçında qar yağıb. Bir çox şimal rayonlarında isə sulu qar müşahidə olunub. Belə havalarda xüsusilə həssas insanlara diqqət yetirmək lazımdır.

Cənub Press xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında terapevt, həkim Şahvələd Məmmədov deyib. O, bir sıra xəstəlikləri olan insanlara diqqət çəkib:

“Ürək-damar xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, ağciyər xəstəlikləri olan şəxslər, ümumiyyətlə, meteohəssas insanlar sağlamlıqlarında müəyyən problemlər yaşayırlar. Xroniki ağır xəstəlikləri olanlar bəzən təcili yardıma müraciət etməyə və ya həkimə getməyə məcbur qalırlar. Ona görə də məsləhətdir ki, belə havalarda meteo-həssas insanlar çox çöldə gəzməsinlər, daha çox ev şəraitində qalsınlar. Bu, əsasən bir-iki gün üçün keçərlidir. Xroniki xəstəliyi olanlar – məsələn, ürək xəstələri, təzyiqdən əziyyət çəkənlər – evdən çıxarkən mütləq özləri ilə həm təcili yardım məqsədilə istifadə etdikləri, həm də daimi qəbul etdikləri dərmanları götürməlidirlər”.

Ekoloq Qorxmaz İbrahimli açıqlayıb ki, yağıntılar bir neçə gün davam edəcək:

“Bu il bildiyiniz kimi yay qismən sərin keçdi. İyun ayı tamamilə sərin oldu, yalnız bəzi günlərdə anomal istilər müşahidə edildi. Avqustun əvvəlindən etibarən hava bir qədər soyudu. Sentyabr ayı isə yayın son ayıdır və havanın soyuması təkcə Bakı və Abşeron yarımadası ilə bağlı deyil. Hazırda ölkənin demək olar ki, bütün ərazilərində – yalnız Naxçıvan MR və bəzi bölgələr istisna olmaqla – yağıntılar müşahidə olunur və bu, bir neçə gün də davam edəcək.

Ona görə narahat olmağa heç bir əsas yoxdur. Sentyabr ayında yağıntılar normaldır, payız mövsümünə uyğun bir haldır. Mənim proqnozuma görə oktyabr ayı daha mülayim keçəcək, yenə yağıntılı olacaq və Tanrının köməyi ilə insanlar məhsullarını rahat yığa biləcəklər.

Oxucularınız narahat olmasın. Proqnozlar doğrudur və bir neçə gündən sonra havalar əvvəlki seyrinə qayıdacaq. Yay fəsli sentyabrın 20-22-si aralığında başa çatır, bu zaman təbii olaraq payız başlayır. Anidən keçidlər mümkün deyil. Biz hazırda qışa doğru gedirik və təbiət də buna uyğun olaraq hazırlığını görür. Şimal yarımkürəsində yay bitmək üzrədir, Günəş orbitdə yerini dəyişir və biz yaxın vaxtlarda payızı qarşılamağa hazırlaşırıq”.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 176
Paylaş

Continue Reading

Previous: Şəhid Samir Allahverdiyevin adına salınan mini futbol meydançasının açılışı olub
Next: Heyva və onun faydaları barədə nə bilirik?

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • kart bankomat terminal2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • qandalPolis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • 1Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • reydBir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • reydBiləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Qm7mWU3QNUJ5JIqqCDwMCfH3rwCpeMkf4Iu73arZ_1200Yer kürəsini maqnit qasırğası bürüyəcək
  • 6c826e8f82f61db4ebdf9793b97a7697İş günü qısaldılacaq – BU TARİXDƏ
  • perkende ertimAstrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • burcUlduz falı: 2 oktyabr, 2025-ci il
  • erməniErmənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə ediblər

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.