Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Payız allergiyası və ondan qorunmaq yolları

admin
1669017812138446715_1200x630

Payız fəsli bir çox xəstəliklər kimi allergiyaların da artmasına səbəb olur. Xəstəlik səpgi, gözlərdə qaşınma, sulanma və bəzən qrip şəklində özünü büruzə verir. Həmin vaxt allergiya meyilli olanlar tozdan başqa bitki tozcuqları və kifdən də narahatlıq hiss edirlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər. Lakin onun payızda yayılmasının əsas səbəbi rütubətli havadır. Mütəxəssislərin fikrincə, bəzən allergiya insana genetik yolla – ana xətti ilə keçir.

Cənub Press xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Payız aylarında bitki tozcuqlarının ətrafa saçılması və ilin həmin vaxtı çıxan göbələklərin sporları vasitəsilə allergik reaksiyalar əmələ gəlir. İlin bu fəsli daha çox allergik rinitə rast gəlinir. Həmin hal özünü burun axması, öskürək, asqıraq və burun tıxanıqlığı kimi şikayətlərlə göstərir. Allergik reaksiyalardan qorunmaq üçün ev şəraitində xüsusi dəmləmələrdən istifadə etmək olar. Burun və boğazı duzlu su ilə qarqara etmək də qorunma üsullarından sayılır”.

Payız aylarında bəzi qidaların qəbul edilməsi də allergiyaya səbəb ola bilər. Bunlar sitrus meyvələri, pomidor və bibər hesab edilir. Qida məhsullarının yaratdığı allergiya adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri kimi özünü göstərir. Onların sırasına süd və yumurta məhsulları, müxtəlif çəyirdəkli bitkiləri, soya və digər paxla növlərini aid etmək olar.

Həkimlər aptekdən dərman alaraq özünü müalicə etmək istəyənləri diqqətli olmağı məsləhət görürlər. Allergik xəstəliklər müalicə olunmasa bronxit, bronxial astma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığını aparıb çıxara bilər. Allergiya meyilli olanlara tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida məhsullarından istifadə etməyi tövsiyə edirlər.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 193
Paylaş

Continue Reading

Previous: Zob xəstəliyi nədir?
Next: İzmirdə Uluslararası Menemen Çömlek Festivalı – Azərbaycanı o təmsil etdi

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • 1759054811_5388624170843241869SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu
  • 1758803300_537965983536211385065 yaşına çatmayan qadınlar təqaüdçü ərinin pensiyasını ALA BİLƏR – YENİ TƏKLİF
  • VJmcExRyg5kG7d8jBgrwzuSJjSFX63l2PSXQFSZp_825Alen Berse: Bakı və İrəvan arasında sülh sazişi regionda inkişaf imkanları açacaq
  • 68da266d50a3a68da266d50a3b175912714968da266d50a3868da266d50a39Maqnit qasırğaları Yerə yaxınlaşır: Həftə üçün PROQNOZ
  • kulek-havaKüləklə bağlı – Xəbərdarlıq
  • 17591525704499926316_1200x630Birinci vitse-prezident Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə əlaqədar paylaşım edib
  • 1295989Kompüterlərin sonu yaxınlaşır, yerini görün nə tutacaq
  • 1729281603.2235Evinizdə bu əşya varsa, dərhal atın!
  • owl_detail_240_9bef0bbe510f2c89519e6e4f5f332444Dünyanın sonunun dəqiq tarixi açıqlandı
  • burcler3 bürc üçün böhran dövrü başlayır

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.