Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Zob xəstəliyi nədir?

admin
sub-acut-tiroidit

Zob xəstəliyi qalxanabənzər vəzin ölçülərinin böyüməsidir.

Cənub Press xəbər verir ki, bu xəstəlik bir çox səbəblərdən yaranır və fərqli simptomlarla meydana çıxır. Əsasən, qalxanabənzər vəzin fəaliyyətinin pozulması sadə zob, hipertiroidizm, hipotiroidizm və düyünlü zob xəstəlikləri şəklində özünü büruzə verə bilər. Tiroid vəz boyunda, nəfəs borusunun ön hissəsində yerləşir və maddələr mübadiləsini, bədən istiliyini və enerjin mübadiləsini tənzimləyən hormonlar ifraz edir.
Sadə zob – Tiroid hormonlarının normada olması, sadəcə vəzin böyüməsi ilə xarakterizə olunur.
Hipoaktiv zob – Tiroid hormonlarının az ifraz edilməsi (hipotiroidizm).
Hiperaktiv zob – Tiroid hormonlarının çox ifraz edilməsi (hipertiroidizm).
Toksik olmayan zob – Tiroid funksiyasına təsir etməyən böyümə.

Zobun yaranma səbəbləri

Zob xəstəliyinin ən çox yayılan səbəblərindən biri qanda yod çatışmazlığıdır. Bu zaman vəz öz ölçülərini böyütməklə orqanizmi yodla təmin etməyə çalışır. Böyümüş qalxanabənzər vəz simpatik sinir sistemini davamlı qıcıqlandırdığı üçün gözdibi əzələlər də daim stimulyasiyaya məruz qalır və həcmləri artır, bu da gözlərin önə çıxmasına və bərəlməsinə gətirib çıxarır.
Autoimmun xəstəliklər (məsələn, Haşimoto tiroiditi və ya Qrevs xəstəliyi), irsi faktorlar, qalxanabənzər vəzinin şişləri və ya düyünləri, hamiləlik və ya hormonal dəyişikliklər də bu xəstəliyin səbəbləri sırasına daxildir. Zob xəstəliyinin növünə və səbəbinə görə simptomlar dəyişə bilər, lakin ən çox rast gəlinən əlamətlər bunlardır:

  1.  Boyun bölgəsində şişkinlik, boyunun ön nahiyəsində qabarma və vəzin ölçülərinin böyüməsi müşahidə olunur.
  2.  Böyümüş vəz nəfəs borusuna və qida borusuna təzyiq göstərir və nəticədə udqunma və nəfəsalma çətinləşir.
  3. Boyun və boyunətrafı bölgələrdə ağrılar olur.
  4.  Danışarkən səs batıq və xırıltılı olur.
  5.  Ekzoftalm – göz almalarının böyüməsi, bərəlməsi və önə doğru çıxması baş verir.
  6. Taxikardiya, ürəkdöyünmə, əllərdə və başda əsmə müşahidə olunur.
  7. Xəstələr çox əsəbi, həyəcanlı, hövsələsiz və aqressiv olur.
  8. Bədən çəkisinin itirilməsi baş verir.
  9. Daim yorğunluq, əzginlik, zəiflik hiss edilir.
  10. Tərləmə, istiyə və soyuğa qarşı həssaslıq əmələ gəlir.
  11. Dəridə quruluq hiss olunur.
  12.  Depressiya və yaddaş problemlərinə rast gəlinir.Bu simptomlar hipertiroidizmdə, hipotiroidizmdə, düyünlü zob və sadə zob xəstəliklərində fərqlidir. Əgər hipertiroidizmdə bədən istiyə qarşı həssas olursa, hipotiroidizmdə soyuğa qarşı həssas olur. Hipertiroidizmdə bədən çəkisinin itirilməsi baş verirsə, əksinə hipotiroidizmdə çəki artımı müşahidə olunur. Bəzi hallarda zob heç bir əlamət verməyə bilər və yalnız ultrasəs müayinəsi ilə aşkarlanır.

Zob xəstəliyi ilə mübarizə yolları

Zobun müalicəsi onun səbəbindən və növündən asılı olaraq dəyişir. Dərman müalicəsi, yod terapiyası və cərrahi müdaxilə zob xəstəliklərinin əsas müalicə üsullarıdır.
Hipertiroidizm üçün tiroid vəzinin həddindən artıq fəaliyyətini azaldan dərmanlar, hipotiroidizm üçün isə qalxanabənzər vəz hormonunu əvəz edən dərmanlar təyin olunmalıdır. Radioaktiv yod bəzi hallarda qalxanabənzər vəzin həddindən artıq aktivliyini tənzimləmək üçün istifadə olunur.
Zobun çox böyük olması və ya xərçəng riski olduqda cərrahiyyə ilə vəz qismən və ya tamamilə çıxarıla bilər. Yod çatışmazlığından yaranan zob zamanı qidalanmada yodlu duzdan və ya yodla zəngin qidalardan (dəniz məhsulları, süd məhsulları) istifadə tövsiyə olunur. Kiçik və simptom verməyən zoba müdaxilə lazım olmaya bilər, yalnız mütəmadi müayinə ilə izlənilir.
Zob xəstəliyinin müalicəsi fərdi yanaşma tələb edir. Ona görə də endokrinoloqla məsləhətləşmək vacibdir. Gecikmiş diaqnoz və müalicə ciddi fəsadlara səbəb ola bilər.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 156
Paylaş

Continue Reading

Previous: Payız fəsli Azərbaycana sentyabrın 22-də daxil olacaq
Next: Payız allergiyası və ondan qorunmaq yolları

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • 1759054811_5388624170843241869SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu
  • 1758803300_537965983536211385065 yaşına çatmayan qadınlar təqaüdçü ərinin pensiyasını ALA BİLƏR – YENİ TƏKLİF
  • VJmcExRyg5kG7d8jBgrwzuSJjSFX63l2PSXQFSZp_825Alen Berse: Bakı və İrəvan arasında sülh sazişi regionda inkişaf imkanları açacaq
  • 68da266d50a3a68da266d50a3b175912714968da266d50a3868da266d50a39Maqnit qasırğaları Yerə yaxınlaşır: Həftə üçün PROQNOZ
  • kulek-havaKüləklə bağlı – Xəbərdarlıq
  • 17591525704499926316_1200x630Birinci vitse-prezident Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə əlaqədar paylaşım edib
  • 1295989Kompüterlərin sonu yaxınlaşır, yerini görün nə tutacaq
  • 1729281603.2235Evinizdə bu əşya varsa, dərhal atın!
  • owl_detail_240_9bef0bbe510f2c89519e6e4f5f332444Dünyanın sonunun dəqiq tarixi açıqlandı
  • burcler3 bürc üçün böhran dövrü başlayır

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.