
Baş dərimizdə təxminən 100 min ədəd saç teli vardır. Daramaqdan və yumaqdan asılı olaraq günlük 100-150 ədəd saç telini itiririk. Saç tökülməsi genetikadan, qidalanmadan, hormonlardan,stress və bunlar kimi bir çox səbəbdən yarana bilər. Belə ki, adətən saç tökülməsi 2 ay davam edir və dayanır. Əgər bu müddət uzanırsa başqa problemlərin xəbərçisi ola bilər.
Cənub Press xəbər verir ki, hər saç telinin müəyyən yaşama müddəti vardır. Hər saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. Saçların bu formada tökülməsi normaldır və günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu say artırsa, yuylarkən ələ gələn saç miqdarı artıbsa ya da yuyub quruladıqdan sonra əllə çəkərkən hər dəfə 3-5 saç teli gəlirsə bu vəziyəti ciddiyə almaq lazımdır. Saç tökülməsi bir çox səbəbdən ola bilər.
Genetik faktorlar
Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50% dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər.Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda xüsusi ilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər.
Vitamin və mineral çatışmazlığı
Qidalanma problemi olmamasına baxmayaraq saç üçün vacib olan vitamin və mineralların qanda əksik olması saçı tökən başqa bir səbəbdir. B12,D vitamini, fol turşusu, Biotin, Sink, Dəmir kimi vitamin və minerallar orqanizmdə azdırsa saç düzgün qidalanmır və tökülür. Bu elementlərin azlığı zamanı mütləq ixtisası üzrə həkimə yaxınlaşmaq lazımdır.
Hormonal problemlər
Əgər şəxsdə hormonal problemlər varsa, aybaşı gecikmələri ya da düzənsizliyi, tüklənmənin artması, həddindən çox sızanaq, çəki almada sürətlənmə kimi əlamətlər varsa bunlara saç tökülməsi də qoşulubsa bu zaman hormonal saç tökülməsindən söhbət gedə bilər. Bu zaman da tsiklin müəyyən vaxtlarında hormonal analizlər verilərək dermatoloqa yaxınlaşmaq lazımdır.
Nərmin Əliyeva