
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə Xəzər dənizinin Sütəmurdov kəndi ərazisindən keçən sahil zolağında və ictimai çimərliklərdə növbəti ekoloji aksiya keçirilib.
Cənub Press xəbər verir ki, aksiyada şəhər İcra hakimiyyəti başçısı aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe yerli qurumların, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin əməkdaşları iştirak ediblər.
İctimai çimərliklərdən bərk məişət tullantıları, plastik qablar və polietilen torbalar təmizlənərək aidiyyəti üzrə poliqona daşınıb.
Sakinlərimizdən və eləcədə rayonumuzun qonaqlarından bir daha xahiş edirik, təbiəti, ətraf mühiti çirkləndirməməyə daha həssas yanaşaq, şəhəri məişət tullantıları ilə zibilləməyək, məişət tullantılarını ayrılan xüsusi zibil qutularına ataq və ictimai təmizlik qaydalarına riayət edək.