Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində ““Ünsiyyət klubu” – şagirdlərin nitqinin inkişafına dəstək” adlı layihənin açılış mərasimi baş tutub.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində layihə rəhbəri Firuzə Mənsimli, məktəbin direktoru Xanımgül Abıyeva, müəllimlər və şagirdlər iştirak edib.
Açılış mərasimində bildirilib ki, layihənin məqsədi Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində VIII-XI sinif şagirdlərinin şifahi və yazılı nitq ünsiyyətinin inkişaf etdirmək üçün məktəbdə “Ünsiyyət klubu” yaratmaqdır.
Həmçinin vurğulanıb ki, layihə çərçivəsində əvvəlcə klubun fəaliyyət göstərməsi üçün proqram hazırlanacaq, sonra öncədən hazırlanmış meyarlara uyğun olaraq şagirdlərin seçimi aparılacaqdır. Eləcə də proqram və şagird seçimi bitdikdən sonra klub fəaliyyətə başlayacaqdır və layihənin son fəaliyyəti olaraq şagirdlər arasında inşa (esse) müsabiqəsi keçiriləcəkdir.
Daha sonra çıxış edən müəllimlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar arzulayıblar.
Qeyd edək ki, layihə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində Firuzə Mənsimli tərəfindən icra olunur.

