
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Lakin görüş yalnız Rusiyada və ya Belarusda keçirilmədiyi təqdirdə mümkün ola bilər.
Cənub Press Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Axios”a müsahibəsində bildirib.
Yermakın sözlərinə görə, Zelenski bu mövqeyini Donald Trampla telefon danışığı zamanı da ifadə edib. “Prezident hələ də Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazırdır, amma Rusiya və ya Belarusda deyil”, – Yermak deyib.
O qeyd edib ki, Zelenski və Tramp arasında keçirilən iki telefon danışığı çox yaxşı keçib. “Prezidentlər bir-birini dərhal anladılar və konkret məsələləri müzakirə etdilər. Görüşün bu qədər tez razılaşdırılması Ukrayna və ABŞ arasında dostluq münasibətlərinin göstəricisidir”, – o əlavə edib.
Nərmin Əliyeva, Cənub Press