
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Masallı rayonunun Birinci Tiyaqanı kəndində ağacəkmə aksiyası keçirilib.
Cənub Press xəbər verir ki, ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 200 ədəd müxtəlif növ ağac əkilmişdir.
Nərmin Əliyeva, Cənub Press