
İran və Azərbaycan arasında Astara sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti əhəmiyyətli dərəcədə artacaq.
Cənub Press Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin valisi Hadi Həqşenas məlumat paylaşıb.
“Tərəflərin birgə əməkdaşlığı nəticəsində gömrük prosedurları sürətləndiriləcək və hazırda gündə 400 olan yük maşını keçidi 800-ə çatdırılacaq. Artıq bu barədə hər iki dövlətin nümayəndəsi Tehranda razılığa gəlib”, – deyə vali qeyd edib.
Vali əlavə edib ki, Astara sərhəd avtomobil yolunun son 1,5 kilometri asfaltlanıb, yaxın aylarda isə dəmir yolu və yük terminalının tikintisinin yekunlaşması gözlənilir.
Nərmin Əliyeva, Cənub Press