
Cəlilabad rayonunda üzüm bağlarında məhsul yığımı başa çatıb.
Cənub Press xəbər verir ki, bağlardan bu il 15 min 510 ton məhsul tədarük edilib.
2024-cü ildə isə Cəlilabadın üzüm bağlarından 17 min ton məhsul toplanıb.
Fermerlər məhsulun azalmasını bir neçə səbəblə əlaqələndirirlər.
Onların sözlərinə görə, bu il havaların əlverişsiz keçməsi zərərvericilərin artmasına səbəb olub. Bu da üzümün məhsuldarlığını aşağı salıb. Fermerlər, həmçinin məhsulun satışında da çətinlik olduğunu qeyd edir. Buna görə də məcbur olaraq bağları ləğv edib, digər gəlir gətirən bitki növləri əkilir.
Nərmin Əliyeva, Cənub Press