
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.
Cənub Press xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə Sığdaş ərazisində 750 metr məsafədə kənddaxili küçəyə asfalt örtüyü döşənmişdir.
14 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri ilə birlikdə Masallı şəhərində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirilmiş və görülən işlərlə yerində tanış olmuşlar.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.
Qeyd edirik ki, Masallı rayonunda kənddaxili küçələrin təmir edilməsi mütəmadi olaraq həyata keçirilir.
Nərmin Əliyeva, Cənub Press