
ABŞ-nin sabiq prezidenti Donald Tramp növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Cənub Press xəbər verir ki, o bildirib ki, onun rəhbərliyi dövründə tətbiq edilən gömrük rüsumları sayəsində Amerika indi dünyanın ən varlı ölkəsinə çevrilib.
Tramp bu barədə Şarm əl-Şeyxdən Vaşinqtona gedərkən jurnalistlərə açıqlama verib.
“Biz indi dünyanın ən zəngin ölkəsiyik. Tətbiq etdiyimiz rüsumlar sayəsində Amerika hər il yüz milyardlarla dollar qazanır. Bəzi ölkələr yeni tariflərdən narazıdır, amma onların da pulu çoxdur, ödəniş edə bilərlər”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə ABŞ yaxın vaxtlarda idxal rüsumlarından ildə 1 trilyon dollardan çox gəlir əldə edəcək. O əlavə edib ki, artıq 200 milyard dollardan çox gəlir əldə olunub və bu rəqəm sürətlə artır.
Xatırladaq ki, Vaşinqton bu ilin aprelindən etibarən idxal məhsullarına əlavə rüsumlar tətbiq edib. Bu addım əsasən Çinlə ticarət müharibəsi çərçivəsində atılıb.
Bununla belə, Tramp ABŞ-Çin münasibətlərində gərginliyin yumşaldıla biləcəyini də istisna etməyib.(Milli.Az)
Nərmin Əliyeva, Cənub Press