
ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə qəbul etmək niyyətini təsdiqləyib.
Cənub Press xəbər verir ki, o, bu barədə Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
Tramp oktyabrın 17-də Zelenskini qəbul etmək niyyətində olub-olmaması ilə bağlı suala müsbət cavab verib: “Düşünürəm ki, bəli”.
O, həmçinin Amerikanın “Tomaqavk” raketlərinin Ukraynaya tədarükünün mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Nərmin Əliyeva, Cənub Press