
????????????????????????????????????
Oktyabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Səyyar qəbulda icra başçısı ilə birgə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Cənub Press xəbər verir ki, səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran Taleh Qaraşov bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.
İcra başçısı qeyd edib ki, vətəndaşla dövlət arasında qarşılıqlı etimadın və inamın davamlı olması üçün məmurlarla insanların birbaşa və sərbəst dialoq qura bilməsi əhəmiyyətlidir və bu istiqamətdə yerlərdə keçirilən səyyar görüşlər vacibdir. Onun sözlərinə görə, yerlərdə səyyar qəbul-görüşlərinin keçirilməsi insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüşdə Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri onları narahat problemləri birbaşa icra başçısına çatdırıblar, məsələlərin həllindən ötrü səmimi yanaşma gördüklərinə görə razılıqlarını ifadə ediblər.
Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri insan amilinin sosial dövlət quruculuğu prosesində orbitdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Nərmin Əliyeva, Cənub Press