
Qoç
Sakitliyi qorumaq asan olmayacaq. Ətrafınızda əsəbi bir mühit yarana bilər. İş yoldaşlarınız adi şeylərə həddindən artıq emosional reaksiya verə bilərlər. Razılığa gəlmək adi günlərə nisbətən bir az çətin olacaq. Siz hər şeyin öhdəsindən uğurla gələcəksiniz və nəzərəçarpacaq itkilərdən yayınacaqsınız, amma bunun üçün səy göstərməlisiniz. Əmlakla bağlı sövdələşmələr bağlamağa və ya təmirə başlamağa dəyməz.
Əgər özünüzü ələ ala bilsəniz, atdığınız addımların istədiyiniz nəticəni verdiyini görəcəksiniz. Ailəli Qoçlar ev işlərinə bir qədər çox diqqət ayırmalı olacaqlar.
Buğa
Səhər saatlarında faydalı əlaqələr qurmaq və ən müxtəlif insanlarla dil tapmaq sizdə xüsusilə yaxşı alınacaq. Fikirlərinizə həvəslə qulaq asacaqlar, sizə tərəf addım atacaq və əməkdaşlıq təklif edəcəklər. Ətrafınızdakıların motivlərini anlamaq və maraqlarını nəzərə almaq asan olacaq, üstəlik öz maraqlarınıza zərər vermədən. Ancaq maliyyə məsələlərinə diqqət yetirmək, planlaşdırılmamış xərclərə yol verməmək vacibdir. Günortadan sonra əhvalınızda eniş-yoxuşlar ola bilər, amma bunun öhdəsindən gələcəksiniz. Tələskən qərarlar verməkdən çəkinin. Bəzi Buğalar işgüzar münasibətləri romantik istiqamətə çevirəcəklər.
Əkizlər
Günün əvvəlində başqaları ilə ünsiyyət tələb etməyən adi tapşırıqlara diqqət yetirin. Öz emosiyalarınızı idarə etmək çətin olacaq. Şəxsi ambisiyalarınız düzgün qərarlar verməyə mane ola bilər. İş yoldaşlarınızla və yaxın adamlarla mübahisələrdən qaçın. Özünüzü pozitiv dalğaya kökləyin və hər bir vəziyyətdə müsbət tərəfi görməyə çalışın — o, mütləq tapılacaq.
Tədricən əhvalınız yaxşılaşacaq, bir çox problemlər isə öz-özünə həll olunacaq. Artıq bir neçə gündür yığılıb qalan məsələlərin bir qismini yoluna qoya biləcəksiniz. Bəzi Əkizləri xoş və dəyərli hədiyyələr gözləyir.
Xərçəng
Günün əvvəlində istirahət etmək, özünüzə güzəşt etmək istəyi yaranacaq. Bu fürsət yəqin ki, olacaq, amma ondan sui-istifadə etmək lazım deyil. Vəziyyəti yanlış dəyərləndirmək sizə ciddi zərər verə bilər. Ətrafdakılardan çox, öz biliklərinizə və həyat təcrübənizə güvənin. Artıq xərclərin qarşısını alın.
Bir qədər sonra başqaları ilə razılaşmaq daha asan olacaq. Sizin səmimiyyətiniz və açıqlığınız hətta adətən çətin başa düşdüyünüz insanlarla da münasibətləri yaxşılaşdıracaq. Bir çox Xərçəng gələcək uğurlar üçün möhkəm təməl qoya biləcək.
Şir
Hisslərə qapılmaq və əsəbilik yaxşı müttəfiq olmayacaq. Ona görə də xarakterinizi tez bir zamanda cilovlamağa çalışın. Çox istəsəniz də, münaqişəyə girməyin. Münasibətləri korlamaq asandır, amma bərpa etmək uzun və çətin olacaq. Diqqətinizi nəticəsi yalnız sizdən asılı olan işlərə yönəldin, başladığınız işləri tamamlayın və qaydasız qalmış məsələlərə aydınlıq gətirin.
Özünü ələ ala bilən Şirlərə günün ikinci yarısında bəxt güləcək. Vacib problemlərin bir qismini həll etmək və faydalı insanlarla əlaqələr qurmaq mümkün olacaq.
Qız
Xəyalpərəstliyə meylli olacaqsınız və vəziyyəti düzgün qiymətləndirməyə bilərsiz. Yanılmalar sizə baha başa gələ bilər. Ona görə də bir az daha ehtiyatlı davranmaq faydalıdır. Tələsik nəticələr çıxarmayın, düşünülməmiş qərarlar verməyin. Bədxahlarınız sizə zərər vurmağa çalışacaq, amma heç nə əldə edə bilməyəcəklər. Bununla belə, sizə tənbəllik və ya məsuliyyətsizlik ittihamı üçün səbəb verməyin.
Bir çox Qız yığılıb qalmış işləri uğurla həll edəcək, vacib məsələləri yoluna qoyacaq və başqalarının səhvlərini düzəldəcək. Axşam yaxın ruhlu insanlarla ünsiyyət üçün əlverişli olacaq. Əgər sizi yeni bir məclisə dəvət etsələr — imtina etməyin, peşman olmayacaqsınız.
Tərəzi
Səhərdən vacib işlərə başlayın. Sakitliyiniz və emosional sabitliyiniz hətta uzun müddət həllini tapmayan məsələləri yoluna qoymağa kömək edəcək. İş yoldaşlarınızın və yaxın tanışlarınızın məsləhətləri faydalı ola bilər. Karyerada böyük sıçrayış gözləmək lazım deyil, amma mövcud işlərinizin öhdəsindən əla gələcəksiniz.
Ailəli Tərəzilərin yaşlı qohumların problemlərini həll etməsi lazım olacaq. Bunun üçün bəzi axşam planlarını ləğv etməli olacaqsınız. Amma bu sizi qətiyyən narahat etməyəcək. Yaxınlarınıza kömək etməklə siz də məmnunluq duyacaqsınız.
Əqrəb
Sizin üçün hər şey mümkün olacaq. Çətin və iddialı tapşırıqlara başlamağın vaxtıdır. Xüsusilə xarici tərəfdaşlarla danışıqlar uğurlu keçəcək. Ətrafınızdakılarla asanlıqla dil tapacaq və qarşılıqlı faydalı razılaşmalara gələ biləcəksiniz. Qarşınızda əlverişli perspektivlər açılacaq və siz onları qaçırmayacaqsınız. Yeni biliklər öyrənmək və qeyri-adi bacarıqlara yiyələnmək adi günlərdən daha asan olacaq.
Axşam isə əhvalınızı poza biləcək kiçik xoşagəlməzliklər istisna deyil. Münasibətdə olan Əqrəblərə isə kiçik səbəblər üstündə sevdikləri insanla mübahisə etməmək vacibdir.
Oxatan
Siz yalnız işləri qaydaya salmaqla kifayətlənməyəcək, həm də əvvəl buraxılmış səhvləri düzəldə biləcəksiniz. Diqqət, ehtiyatlılıq və intizam böyük həcmdə işlərin öhdəsindən gəlməyə kömək edəcək. İş yoldaşları və rəhbərliklə ünsiyyət uğurlu olacaq. Çətin vəziyyətlərdə kömək istəməkdən çəkinməyin — sizə məmnuniyyətlə dəstək olacaqlar.
Tələskən addımlardan və düşünülməmiş qərarlardan uzaq durun. Bəzi Oxatanlar aldatma ilə qarşılaşa bilərlər. Amma ayıqlıq və işlərə ağıllı yanaşma sizi ciddi problemlərdən qoruyacaq.
Oğlaq
Yaradıcılıq qabiliyyətləriniz tam şəkildə üzə çıxacaq və hətta adi işlərdə də faydalı olacaq. Qeyri-adi ideyalarınız yəqin ki, perspektivli olacaq. Başqalarını asanlıqla ruhlandıra biləcək, onları öz entuziazmınızla yoluxduracaqsınız. Danışıqlar, ictimai çıxışlar və iclaslar uğurla keçəcək.
Amma incəlikləri unutmamağa çalışın, ünsiyyətdə sərtlik yerinə düşməyəcək. Bəzi Oğlaqlar yaxınlarının anlaşılmazlığı ilə üzləşə bilərlər. Lakin səbir və açıq söhbətlər münaqişəni başlanğıcında söndürməyə kömək edəcək.
Dolça
Vacib insanların gözündə nüfuzunuzu artırmaq imkanı yaranacaq və siz bu fürsəti mütləq dəyərləndirəcəksiniz. İş yoldaşları və rəhbərlik təşəbbüslərinizi dəstəkləyəcək. Təklifləriniz diqqətdən kənarda qalmayacaq. Yeni şeylər öyrənmək, ixtisası artırmaq və mürəkkəb məsələlərdə baş çıxarmaq üçün əlverişli zamandır. Bizneslə məşğul olan Dolçalar nəzərəçarpacaq gəlir əldə edəcəklər.
Amma həddindən artıq maliyyə risklərindən qaçmaq lazımdır. Günün sonunda ailə qayğıları planlaşdırdıqlarınızdan imtina etməyə məcbur edəcək. Siz hər şeyin öhdəsindən gələcəksiniz, amma düşündüyünüzdən daha çox vaxt sərf olunacaq.
Balıqlar
Günə adi və sadə işlərlə başlayın. İş rejiminə uyğunlaşmaq və öz emosional vəziyyətinizlə baş etmək üçün sizə vaxt lazım olacaq. Ətrafınızdakı insanlarla razılığa gəlmək və onlara nə istədiyinizi izah etmək çətin olacaq. Buna görə də dəstəyə çox güvənməyin, yaxşısı öz gücünüzə arxalanın.
Günün ikinci yarısında müsbət meyllərin təsiri artacaq. Balıqların çoxu uzun müddət həll edə bilmədikləri məsələlərin öhdəsindən gələcəklər. Axşam görüşlər, dostlarla ünsiyyət və yeni tanışlıqlar üçün əlverişli olacaq.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press