
Biləsuvar rayonunun ümumtəhsil məktəblərində 27 Sentyabr – Anım Günü ilə bağlı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ağacəkmə aksiyası təşkil olunub.
Cənub press xəbər verir ki, Aksiya çərçivəsində məktəblərin həyətlərində müəllim və şagird kollektivləri tərəfindən müxtəlif növ ağaclar əkilib və onlara qulluq göstərilib. Şagirdlərin fəal iştirakı ilə keçirilən aksiyada vətənpərvərlik ruhu bir daha nümayiş olunub. Aksiyalarda qeyd olunub ki, əkilən hər bir ağac şəhidlərimizin əbədi xatirəsinin rəmzi olacaq. Məktəblilərə ağacların qorunması və təbiətə qayğı ilə yanaşmağın vacibliyi izah edilib.
Nərmin Əliyeva, Cənub Press